Söz Bulaq loqosu

Abbas Səhhət

Cücələrim

Tarixi bilinməyən şeirlər
Cücələrim birər-birər,Suyu görüb yavuq gələr,
İçər, gedər eşələnər.Yeyər, içər cücələrim,
Doyub qaçar cücələrim.Cücələrim lümək-lümək,
Qanadları gödək-gödək,Yem axtara, tapar yemək,
Yeyər, içər cücələrim.Doyub qaçar cücələrim.
Gecə dönəndə gündüzəCücələrim gəzə-gəzə,
Səhər hindən qaçar düzə,Yeyər, içər cücələrim,
Doyub qaçar cücələrim.Cücələrim bəzəklidir,
Bəzəklidir, düzəklidir.Sarı, çil-çil, hər rənglidir.
Yeyər, içər cücələrim,Doyub qaçar cücələrim.