Söz Bulaq loqosu

Abbas Səhhət

Yay səhəri

Şeir
Əkinçilər, - yay gecəsiydi kənddə,-Yorğun-arğın yeni çimir etmişdi.
Arvad, uşaq xırmanlarda, həyətdəİşdən qurtarmış, uykuya getmişdi.
Birdən xoruzlar hinlərdə banladı,Qarı nənə sübh olduğun anladı.
Səs eylədi,-oyandı oğlu, əri,Əsnəyərək qalxdı yataqdan bular,
Çağırdılar nökərləri, rəncbəri,Oyandılar səsə qohum-qonşular.
Azan səsi gəlir minarələrdən,Çıxır çölə xəlayiq darələrdən.
Böyük-kiçik, rəiyyət, xanım, ağaYapışdılar hər biri bir peşəyə:
Gəlin gedir inəkləri sağmağa,Odun gətirməyə nökər meşəyə,
Biri gedib ələf tökür kəllərə,Biri baxır xırmandakı vəllərə.
Günəş çıxır, dağdan uçur dumanlarHəvəslə istinin, tozun içində
Çalışırlar bu bir yığın insanlarXırmanlarda, tarlalarda, biçində.
Bu zəhmətlər şərh olunmaz, uzundur,İnsaniyyət həp bunlara mədyundur.