Getmişdi bir cüt dana,Otlamağa bir yana.
Naxırdan ayrıldılar,Bir dərədə qaldılar.
Axşam olanda biri,İstədi dönsün geri,
Yoldaşın dümsüklədi,Bu cür ona söylədi:
- Ay dana, dana, dur gedək,Qarnını doldur gedək,
Yoldaşı verdi cavab:- Etmə, canım, iztirab,
Tələsmə çox, ertədir.Eşitdikdə bu sözü
Kəndə qayıtdı özü.O birsi orda yatdı,
Qurd da gəlib dağıtdı.Yoldaşı gəldi səhər,
Ta ondan tutsun xəbər.Gördü ki, o can verir,
Rəhmi gəlib dindirir:- Ay dana, dana, dartadır.
- Dindirmə, dərdim artadır.- Mən sənə dedim gəl gedək,
Sən niyə dedin ertədir?