Səhər-səhər yaz çağı,Köçür oba yaylağa.
Gəlinlərin balağı,Batır, lilə, batdağa.
Arvad, kişi, oğlan, qız,Gön çarıqlı, başmaqlı,
Gedir qoruq-qaytaqsız,Gəlin, qızlar yaşmaqlı.
Qoyun, quzu, at, eşşək,Salmış çölə qalmaqal,
Dəvə, maya, nər, köşək.Lökləyirlər dalbadal.
Kişi əlində çomaq,Sürür yüklü öküzü.
Dəvə üstə bir uşaqÇox oxuyur bu sözü:
“Ağ dəvə alçaq gedər,Qolunda qolçaq gedər,
Ağ dəvənin gözləri,Yerə dəyər dizləri.
Endi çaya yuh-yuh,Ağca maya yuh-yuh”.