Söz Bulaq loqosu

Şair

Qasım bəy Zakir

1784 (Şuşa) – 1857 (Şuşa) · Quzey Azərbaycan

Janrlar satirik şeir, qəzəl, müxəmməs

Qasım bəy Zakir

Qasım bəy Əli bəy oğlu Zakir (1784, Şuşa – 1857, Şuşa, Şamaxı quberniyası)— azərbaycanlı şair. Abdulla bəy Asi, İbrahim bəy Azər və Xudadat bəy Poladovun babasıdır. Qasım bəy Zakir 1784-cü ildə Şuşa şəhərində anadan olub. Onun əsli Qarabağda məşhur olan Cavanşirlər nəslindəndir.

Ulu babası Kazım ağa Şuşa şəhərinin əsasını qoyan Pənahəli xanın doğma qardaşıdır. Zakir ilk təhsilini Şuşada mollaxanada almış, ərəb, fars dillərini öyrənmişdir. Bu dilləri bilməsi ona Yaxın Şərqin Firdovsi, Nizami, Sədi, Hafiz kimi məşhur söz ustadlarının əsərləri ilə tanış olmaq imkanı vermişdir. 1795-ci ildə Qacarın Qarabağa hücum edib Şuşanı mühasirədə saxlaması, əhalinin şəhəri mərdliklə müdafiə etməsi, bundan iki il sonra Qacarın Şuşada qətli, şair Molla Pənah Vaqifin öz oğlu ilə birlikdə Cıdır düzündə öldürülməsi, XIX əsrin əvvəllərində İbrahim xanın Qarabağda vəhşicəsinə güllələnməsi və s. onun yeniyetməlik və ilk gənclik illərində gördüyü hadisələr, eşitdiyi əhvalatlar idi. Bu hadisələr onun dünyagörüşünün formalaşmasına öz təsirini göstərmişdir.

Kataloq

Janrlar və toplular

5 bölmə

Kataloq

Şeirlər

31 şeir
  1. Sədaqətli dostlar haqqındaBir tısbağa, bir kəsəyən, bir qarğa
  2. "Durnalar" qoşmasıBir saat havada qanad saxlayın,
  3. Dost yolunda cəfa çəkdim, can üzdümDost yolunda cəfa çəkdim, can üzdüm,
  4. GərəkdirBu dövrü-fanidə beş gün kişinin
  5. MirzəEşitdim ki, tazəlikdə satıbsan
  6. MəniRahi-müsibətdə keçmişəm candan,
  7. ÇəkərMəşşatə gözünə sürmə çəkəndə,
  8. Ay mədədDost yolunda cəfa çəkdim, can üzdüm,
  9. GəlsinBadi-səba, söylə mənim yarıma,
  10. ArasındaYar demişdi: gələn bayrama gəlləm,
  11. Bir baxHəddən aşıb bu viladə şərarət,
  12. GərəkHəqdi, gözəl çoxdu cahan içində,
  13. QurumsaqGörsən tanımazsan Yarımsaqqalı,
  14. SanaA ləbləri badə, ağzı piyalə!
  15. Xəbər alsan bu vilanın əhvalınXəbər alsan bu vilanın əhvalın,
  16. Var mülki-Qarabağda çox dun köpək oğluVar mülki-Qarabağda çox dun köpək oğlu,
  17. Gövhər ağayaEy Kövhəri-pakizeyi-dəryayi-lətafət,
  18. MəndənNeyləmışəm, incımısən
  19. OlduKeçdi növbəti-zimistan,
  20. Tülkü və QurdBir rubəhi-gühənsalə gedirdi,
  21. Aslan, qurd və çaqqalGörmüşəm nüsxədə bir türfə misal,
  22. AyrıBəhri-bəlayə ğərq oldum,
  23. TapşırdımCəfa çəkdim bağ yetirdim,
  24. Tülkü və şirƏyyami-sabiqdən edim hekayət,
  25. Dəvə və eşşəkKarvanda bir dəvə, bir də bir eşşək,
  26. Qəsdin budu gər xatiri-biçarə dağılsınQəsdin budu gər xatiri-biçarə dağılsın,
  27. Gərcı tutub aləmı şunşu qovğayı-eşqGərcı tutub aləmı şunşu qovğayı-eşq,
  28. Can cilvələnir qaməti-mövzunu görəndəCan cilvələnir qaməti-mövzunu görəndə,
  29. Sən onda elə zovqu səfa bağ arasındaSən onda elə zovqu səfa bağ arasında,
  30. Yoxdu bu bəzmdə gərçi sitəmi-yarı görənYoxdu bu bəzmdə gərçi sitəmi-yarı görən,
  31. Zur etdi dəhr möhnəti canə yavaş-yavaşZur etdi dəhr möhnəti canə yavaş-yavaş,