Söz Bulaq loqosu

Qasım bəy Zakir

Ayrı

Şeir
Bəhri-bəlayə ğərq oldum,Dişi dürdanədən ayrı.
Yanmaqda məni bilməyinOda pərvanədən ayrı.
Saqi, məni-namuradəDərdi-sər vermə ziyadə.
Hərgiz içərəmmi badəÇeşmi məstanədən ayrı?
Xəbər alsan mürğ-canı,Tari-mudur aşiyanı:
Bir-bir zülfü pərişanıDolanır şanədən ayrı.
Sevdiyim məni dağ eylər,Qeyr ilə ittifaq eylər,
Hər zaman seyri-bağ eylərMəni-divanədən ayrı.
Öləndə Zakiri-xəstəNövcavanlar dəstə-dəstə
Gəlməsin qəbrimin üstə,Deyin, cananədən ayrı.