Görmüşəm nüsxədə bir türfə misal,Əyyami-sabiqdə bir qurd, bir çaqqal,
Şiri-jəyan ilə tutmuşdu ülfət,Yedilər, içdilər bir neçə müddət.
Təqdiri-qəzadan üç gün, üç gecə,Ov keçmədi ələ, oldusa necə.
Aqibət tapdılar səbahə yavuqBir qoyun, bir quzu, bir də bir toyuq.
Qalib olmuş idi şirə iştəha,Qurda dedi:-«Bölgü sənindi, durma,
Təqsim eylə, olaq yeməyə məşğul».Anlamayıb fikrin kürki-biüsul,
Dedi:-«Ey sərvər, cənabi-bari,Öz əlilə göydə bölüb bulari.
Qoyun sənin, quzu mənim, çaqqaləGöndərib toyuğu xaliq nəvalə».
Gəlmədi bu sözlər şirin xoşuna,Bir tapança saldı qurdun başına.
İki gözü ol biçarə fəqirin,Çıxıb yerə düşdü zərbindən şirin.
Ondan sonra üzün tutub çəqqaləDedi:-“Oldu bölgü sənə həvalə.
Qismət eylə, məlum olsun əməlin,Eşitmişəm vardır bölgüdə əlin”.
Çaqqal zərbi-dəsti-şiri görmüşdü,Annamışdı karı, rəyin bilmişdi.
Dedi:-“Ata-baba bölgü bizimdi,Sən gedib naəhlə buyurdun indi.
Eylə qismət edim qəniməti mən,Ta ruzi-qiyamət deyəsən əhsən!
O ki qoyun padşahın naharı,Quzunu saxlarıq axşam iftarı.
Toyuq da sabahın qəlyanaltına,Əlbəttə ki, xaliq yetirir yenə”.
Şir dedi:-“Afərin sənə ey pürfən,Bu bölgünü kimdən öyrənibsən sən?”
Dedi:-“Mən bilməzdim binadan, başdan,Öyrəndim o gözü çıxan qardaşdan”.
Böyük əgər deyə gündüzə gecə,De ki, göydə ulduz səyrişir necə!
Gündüz hesab etsə əgər gecəni,Söylə ki, yandırır afitab məni...
Nəinki cənabi-hacıqulu tək,Xanın bostanının novbarı gəlcək,
Üzləyib yaxşısın evə göndərə,Çarıqın çürüyün təhvilə verə.
Çubuğa saldıra fəqir rəyəti,Özü yeyib-içib sürə vəhdəti.
Bu nə alış veriş, bu nə ticarət?Bu nə haramxorluq, bu nə ziyarət?
Elə iş baş verir yoğun qurşaqdan,Həq bilir ki, çıxmaz nadan uşaqdan.
Satıbdır gulluhüm dini dünyayə,Bu əhli-Şişədən pənah xudayə.