Cəfa çəkdim bağ yetirdim,Gülşəni xarə tapşırdım.
Bunca fikrü xəyal etdim,Tapmadım çarə, tapşırdım.
Ölsəm qoyun, sizi tarı,Yönümü dilbərə sarı.
Özüm öz əlimlə yarıBu gün əğyarə tapşırdım.
Nə qədər eylədim minnət,Vəslinə vermədi fürsət:
Lailac olub aqibətGənci şahmarə tapşırdım.
Qaldım misali-pərvanə,Eşq oduna yanə-yanə:
Canı göndərdim cananə,Dili dildarə tapşırdım.
Xəstə Zakir kimi hanıkönlü olan ğəm məkanı?
Mən öldüm, ahü əfğanıBülbülü-zarə tapşırdım.