Qəsdin budu gər xatiri-biçarə dağılsın,Bir şanə çək ol türreyi-tərrarə dağılsın.
Ver zib ruxi-alma, çıx xanədən, ey məh,Məh daldalanıb, əncümü səyyarə dağılsın.
Tənha dili-məhzunə həqiqətdə cəfadır,Bir parə oxundan de təni-zarə dağılsın.
Açmış bu gün ol sərvi-səhi töhfeyi-hüsnün,Xüddamləri müjdeyi-bimarə dağılsın.
Bir ləhzə o birəhmə nihan şərhi-qəmim var,Allahı sevərsiz, deyin əğyarə dağılsın.
Vəhmim budu, yol verməyələr ləxti-cigərdən,Təqsim eləyim, hər itə bir parə dağılsın.
Göz mərdümi məşqi-xəti-hüsnün həvəs eylər,Ey çeşm, bu lövhündə olan qarə dağılsın.
Birənc nə mümkündür ola gənc müyəssər,Zakir, dəmi-əfsun oxu şəhmarə, dağılsın.