Söz Bulaq loqosu

Qasım bəy Zakir

Can cilvələnir qaməti-mövzunu görəndə

Qəzəllər
Can cilvələnir qaməti-mövzunu görəndə,Dil tazələnir arizi-dilcunu görəndə.
Zənciri-vünunə birə yüz rəğbətim artır,Rüxsari üzə pirəfsunu görəndə.
Pürpiç oluram, hərdəm oda düşmüş ilan təkiOl arizi-gülnardə qeysunu görəndə.
Dağıldı xiridari-qəmi-eşqin olanlar,Bu mərdümi-çeşmim tökən altunu görəndə.
Gəlmişdim edəm mərdümi-çeşminlə müdara,Bildim ki, düzəlməz bu iş əbrunu görəndə.
Xunxarəligi eyb degil nərgisi-məstin,Hər kim ola qaynar qanı gülgunu görəndə.
Ey əhli-hünər, cəm degil Zakir həvası,Eyb eyləmə şerindəki məzmunu görəndə.