Söz Bulaq loqosu

Qasım bəy Zakir

Dost yolunda cəfa çəkdim, can üzdüm

Qoşmalar
Dost yolunda cəfa çəkdim, can üzdüm,Yetişmədim bir məkana, ay mədəd!
Sərasər əndamım mum tək əridi,Eşq atəşi düşüb canə, ay mədəd!
Muradımız şükufəsi bitmədi,Bəlalı sərimdən sövda getmədi,
Yetər oldu ömür başə, yetmədiƏlim zülfi-pərişanə, ay mədəd!
Qalmışam göz yolda, könül intizar,Qəm tutub yaxamı hər yana dartar,
Mən bilmənəm necə bağlanıb yollar,Bir gələn yox bu viranə, ay mədəd!
Ayrı düşmək vətənindən yamandı,Diyari-ğürbətda öldüm, amandı!
İtirmişəm yarı xeyli zamandı,Axtarıram yanə-yanə, ay mədəd!
Bir kimsənin yoxdu məndən xəbəriO qaşları yayı sevəndən bəri,
Şikəstə Zakirəm, ahım əsəriOd salıbdı asimanə, ay mədəd!