Söz Bulaq loqosu

Qasım bəy Zakir

Gərəkdir

Qoşmalar
Bu dövrü-fanidə beş gün kişininBir yaxşı vəfalı yarı gərəkdir.
Aralığa rəqib girə bilməyə,Bir-birinə etibarı gərəkdir.
Əhdi dürüst ola, ilqarı möhkəm,Gözündən irağa düşəndə bir dəm
Nə könlü açıla, nə ola xürrəm,Fikri, zikri sənin sarı gərəkdir.
Yadlar ilə danışmaya, gülməyə,Namünasib yerə gedib-gəlməyə,
Hər sözü şəninə layiq bilməyə,Namusu, qeyrəti,arı gərəkdir.
Naməhrəmə görünməyə, yan gəzə,Bihəya olmaya, adü can gəzə,
Amma öz evində alişan gəzə,Ala, verə, ixtiyarı gərəkdir.
Cahillik zamanı keçibdir əgər,Genə yüz naxələf oğlana dəyər;
Piranəsərlikdə bir belə dilbərYetirə Zakirə tarı, gərəkdir.