Zur etdi dəhr möhnəti canə yavaş-yavaş,Cism oldu tiri-çərxə nişan yavaş-yava.
Kibrü Şürurdən, - dedi, - en, Əvvəl enmədim,Dediyin etdi dövri-zəmanə yavaş-yavaş.
Qovğa günü bəgənməz idim Hərbi-Rüstəmi,Zali-fələk gətirdi əmanə yavaş-yavaş.
Xoş gəlməz indi səmimə, bilməm səbəb nədir,Avazi-nayü cəngü təranə, yavaş-yavaş.
Eyşü nişatdən soyuyub meylü xatirim,Olmuş füzun ahü fəğanə yavaş-yavaş.
Diş düşdü, ağzım oldu uçuq xanədən betər,Dağıldı dürri-gəncü xəzanə yavaş-yavaş.
Hər qanda bir məh olsa mana mehriban idi,Mehr etməz indi sahibi-xanə yavaş-yavaş.
Tutub üzümə gedər idim dust kuyinəBir töhfə əldə olsa bəhanə, yavaş-yavaş.
Zakir, kəs iltifatını bu dəhri-fanidən,Təslim eylə cani cananə yavaş-yavaş.