Yoxdu bu bəzmdə gərçi sitəmi-yarı görən,Eylə bilsin ki, görüb dideyi-xunbarı görən.
Munca kim zülm edər, insafü mürüvvət axırSalacaqdırmı onun könlünə bir tarı, görən?
Xəstədillər nə çəkir bəstəri-möhnətdə, bilirNərgisi-məstə baxan, qərazeyi-xunxarı görən.
Aşiqin halı pərişanü təbah olduğunuFəhm edər zülfi-pərişanü siyəhkarı görən.
Tuta gər Yusifi-gümgəştə nəbati-Misri,Eyləməz meyl ləbi-ləli-şəkərbarı görən.
Yanar əhvalına nəvvnəsifət şanələrin,Piç-tabü girehi-türreyi-təvvarı görən.
Mütləqa ol məhi-bimehrə dəxi meyl etməzKünci-qürbətdə gəlib Zakiri-bimarı görən.