Keçdi növbəti-zimistan,Yenə fəsli-bahar oldu.
Əndəlibi-binəvanınSənəti ahü zar oldu.
Yasəmənü gülü laləBir çəməndə qurub halə;
Ərğüvan tutub piyalə,Nərgis içib xumar oldu.
Əmr olundu, abi-niysan!Cansızlara bəxş etdi can.
Yenə təzələndi dövran,Nə gözəl ruzigar oldu!
Səbzpuş olub çəmənlər,Qaldıdı hər şükufə sər.
Oyan, ey bəxti-bixəbər,Yatan hamı bidar oldu.
Əlac oldu hər bimarə,Tapıldı dərdinə çarə.
Elə, həsrət qalan yarəZakiri-dilfikar oldu.