Karvanda bir dəvə, bir də bir eşşək,Yorğun düşmüşdülər mənim yabım tək.
Sahibləri çulun, alığın soydu,Apara bilməyib, yol üstə qoydu.
Basəfa yer idi, ələfzar idi,Türfə-türfə nəbatatı var idi.
Yedilər, içdilər bir neçə müddət,Apardılar ləzzət, sürdülər vəhdət.
Xilas olub rənci-bəni adəmdən,Zülmi-peydər-peydən, cövri sitəmdən,
Ol qədər kökəldi hər iki heyvan,Guya ki, hər biri kuhi-Bağrıqan.
Sağrısında, yəlpiyində ət qat-qat,Dönübən qaşına bilməzdi heyhat.
Bir gün eşşək dedi: - Ey dəvə qardaş,İstərsən savaşma, istərsən savaş,
Xatirimə düşüb ahəngi-taze,Xahişim var qalxım şuri-şahnazə,
Havayi-zövq ilə bir neçə əfrad,Oxuyum sövt ilə, hərçi badə-bad.
Dəvə dedi: - Bu nə sözdür, ay əhməq,Müsəmma imişsən isminə, əlhəqq.
Güclən qurtarmışıq rəncü təəbdən,Növi-bəşər eylədiyi qəzəbdən.
Ötüb-keçən əgər eşidə səsin,OI qədər yük çatar, kəsilər səsin.
Əmanət, əmanət, keç bu sevdadən,Bihudə fikirdən, əbəs binadən...
Eyləməyib pəndi-dəvəni qəbul,Qulağın şəkləyib xəri-biüsul,
Bir nov anqırmaq qoydu ki, bara,Səsi düşdü səhralara, dağlara.
İttifaq yol ilə keçirdi karvan,Eşidib çarvadar dağıldı hər yan.
O kolu, bu kolu basıb tapdılar,Sevinə-sevinə minib çapdılar.
Hər birinə bir ağır yük çatdılar,Bizləyə-bizləyə köçə qatdılar...