Söz Bulaq loqosu

Qasım bəy Zakir

Gövhər ağaya

Şeirlər
Ey Kövhəri-pakizeyi-dəryayi-lətafət,:::Vey kani-həqayiq!
Övsafü sifatın məni-məddahə nə hacət,:::Aləm sənə aşiq.
Şkkər ləbinə Kuhkən ər dursa müqabil,:::Şirini olur təlx.
Ruyin görə, haşa ana ta ruzi-qiyamət,:::Əzrasını Vamiq.
İyzəd ki, çəkib yer üzünə pərdeyi-ətləs,:::Bivəch deyil bu;
Tutmuş sana, ey mehrü məhi-bürci-səadət,:::Gərduni süradiq,
Ləli-ləbinə badeyi-gülgun desə hər kəs,:::Vur boynunu dərdəm,
Qan eyləyənin qətlinə əhkami-şəriət,:::Yeksanü müvafiq.
Fərq etməyə sübhün kişi ta sidq ilə kizbin,:::Vacib dögi səcdə,
Vacibdir əyilsin sana hər dəm səri-taət,:::Nə kizb, nə sadiq?
Ol günbədi-dəvvarə yetir kəlləmi, ey mah!:::Sal şayəni başə.
Yəni elə bu bəndəyə inamü inayət,:::Bir türfə yaxalıq.
Bəsdir bir işarə, dəxi küstaxlıq etmə,:::Ey Zakiri-tmma;
Bir kimsəyə bir kimsə edən vəqt şəffəqqət:::Öz adına layiq.