A ləbləri badə, ağzı piyalə!Bir söz desəm olma bidəmaq, sana.
Yetişibsən, indən belə yaraşmazYadlar ilə deyib-danışmaq sana.
Əcəb bihəyadır çərxi-kəcrəftar,Hər ayda bir hilal eylər aşikar;
Şəksiz sənin ilə ədavəti var,Göstərir düşəndə qaşqabaq sana.
Mədənisən felin, nazü qəmzənin,Bərabərin yoxdu aləmdə sənin;
Təhrik eyləməsə səba, qönçəninAğzı nədir aça dil-dodaq sana?!
Cəvahir qolbaqlar bəyaz biləyiGahi qucar, gahi eylər hənəyi,
Behiştin hurisi, göyün mələyiYetişməz, yüz çala əl-ayaq, sana.
Zakirəm, eylədin əqlimi zayil,Olmaz belə surət, belə şəmayıl;
Elə mən deyiləm hüsnünə mayil,Göz dikibdir tamam Qarabağ sana.