Şair
Mir Həmzə Nigari
Janrlar qəzəl, mərsiyə
Təhsilini Şəkinin Dəhnə kəndində dövrün alimlərindən dərs alaraq tamamladıqdan sonra mürşid axtarmaq məqsədilə səyahətə çıxmışdır. Səyahəti əsnasında Mövlanə Xalid Bağdadinin adını eşitmiş və Bağdada getmək üçün yola çıxmış, ancaq Harputa çatanda Mövlanə Xalidin vəfat etməsi xəbərini almış, sonra Sivasa gəlmiş, daha sonra isə Qarabağa qayıtmışdır. Qarabağda ikən, rəvayətə görə, “ulu babası Həzrət Əlinin mənəvi işarəsi” ilə "Hər bir nəfəsi Məsih-əsa, hər bir nəzəri nazir-i kimya" dediyi İsmayıl Şirvaniyə mürid olmaq üçün Kürdəmirə gəlmişdir. İrşad fəaliyyətinə Bərgüşad və Bərdə ətrafında başladı.
Rusiya ilə Osmanlı dövləti arasında çıxan Krım müharibəsi zamanı Osmanlı ordusunda cihada qatılmaq üçün müridləri ilə birlikdə gizlicə Qarsa gəldi. Müharibədən sonra Ərzuruma yerləşərək Bakırlar məhəlləsindəki məscidin dərsxanasında üç il qaldı. Ərzurumdan İstanbula gedən Həmzə Nigari sonra Amasiyaya qayıdaraq orada məskunlaşmışdır. Burada uzun müddət təfsir və hədis dərsləri deməklə yanaşı təsəvvüfi fəaliyyətlə də məşğul olmuşdur, lakin onun fəaliyyətindən narahat olanların şikayətindən sonra Harputa sürgün edilmişdir. 1885-ci ildə Harputda vəfat edən Nigarinin nəşi vəsiyyətinə uyğun olaraq şeyxinin yanına Amasiyaya gətirilmişdir.
Kataloq
Janrlar və toplular
Kataloq
Şeirlər
- Dağlayıbdır məni bir laləuzari-QarabağNə əcəb dovlət imiş seyri-şikari-Qarabağ,
- Ey istəyən yari, sevən dildariEy istəyən yari, sevən dildari,
- QarabağSinəmə çəkilən qara dağımdır
- Şamu səhər, ey dil, vəchi-dildarəŞamu səhər, ey dil, vəchi-dildarə,
- Əqlimi ey guli-xəndanƏqlimi ey guli-xəndan,
- Aşıq oldum gene tazəAşıq oldum gene tazə
- Didəbanam rəhguzari-şahı gozlər gozlərimDidəbanam rəhguzari-şahı gozlər gozlərim,
- Ey könül, uyma gəl, ol turreyi-tərrarlərəEy könül, uyma gəl, ol turreyi-tərrarlərə
- Nə qəmim var cahan icrə bənim, yar bənimNə qəmim var cahan icrə bənim, yar bənim,
- QəzəllərƏzm eylə diyar-ı Şirvanı
- Bəxtim bana uz verdi, şərabdarə yetişdimBəxtim bana uz verdi, şərabdarə yetişdim,
- Cahan bağında, ey bulbul, Nigari kimi yar olmazCahan bağında, ey bulbul, Nigari kimi yar olmaz,
- Ey cununi-Leyla, aşiqi-şeydaEy cununi-Leyla, aşiqi-şeyda,
- Ey dili-pursovda, talibi-ƏnqaEy dili-pursovda, talibi-Ənqa,