Söz Bulaq loqosu

Mir Həmzə Nigari

Şamu səhər, ey dil, vəchi-dildarə

Şeir
Şamu səhər, ey dil, vəchi-dildarə,Sərf eylədin nəzər kim oldun mail.
Zərrə qədər yer qalmadı əğyarə.Gostərdi uz dilbər, məhv oldu hail.
Cakər eyləmiş kim, səni bir şahid,Hasil olmuş sana ulfəti-cavid.
Şukr eylə kim, buldum dovləti-xalid,Ey dəli dil, ey bəndeyi-İsmail.
Kəmali-eşqə kim eylədin iman,Gostərdi uz sana yəqini-canan.
Sərvəri-xubanə bəxş eylədin can,Bəxş eylədi sana ruhu-şəmail.
Girdin kim, meydanə mərdi-mərdanə,Vermədin bac Təhəmtəni-dastanə.
Eylədin kim, ta xidməti-şahanə,Şahənşahdan gəldi sana həmail.
Oynadarsan ki, top, qılırsan covlan,Cəkərsən ki, cilə, atarsan peykan.
Ey Seyid Nigari, ey mərdi-meydan,Ey fənni-hunərdə ustadi-kamil.