Söz Bulaq loqosu

Mir Həmzə Nigari

Qarabağ

XIX əsrin şeirləri
Sinəmə çəkilən qara dağımdırQara bağrım qanlı Qarabağımdır
Qan əkər, odlar tökər Miri-Nigari məgərYad qılıbdır yenə Qarabağ torpağını
Eşqin kanı Qarabağdır məkanımBülbülü-şeydayam, cənnət yerimdir
Əvvəl başdan Qaraqaşdır bostanımİndi gülüstanım Qarapirimdir.
Bir qönçə gülünün tarımarıyamGörüm abad olsun ol Qarabağı
Bir gözəl ceyranın giriftarıyamŞənlik olsun dağı, bağı, ovlağı
Gözlərimdən hər dəm qan - yaş tökülürSərvtək qamətim yaytək bükülür.
Sinəmə çal-çarpaz dağlar çəkilirYadıma düşəndə Çilgəz yaylağı
Xabları Huridir, Mələk mənzərdirSözləri şirindir, şehdü-şəkərdir
Cənnəti-Məvadır, Hovzi-KövsərdirQaraqaş yaylağı, Həmzə bulağı.
Ey Nigari, ömrün erişdi payəSalmadı başıma ol sərvi sayə
Can qurban eylərəm peyki səbayəXəbər versə bir gün ol Qarabağdan.