Söz Bulaq loqosu

Mir Həmzə Nigari

Ey istəyən yari, sevən dildari

Şeir
Ey istəyən yari, sevən dildari,Mülki-məhəbbətdə gərəkdir ixlas.
İxlas ilə eylə kari-kirdari,Gir təriqi-xasə, eylə qəlbi xas.
İxlasinə hərgiz verməgil xələl,Ta yetişsin sana feyzi-bibədəl.
Böylu qurulubdur qanuni-əzəl:İxlas ilə olsun kari-xas ixlas.
Fəryadinə yetsin eşqi dildarin,İmdadina yetsin pərvərdigarin.
Ey dil, şamü səhər olsun izkarin,Təriqi-vəhdətdə sureyi-ixlas.
Sıqın eşqi-yarə, şövqi-dildarə,İstəazə eylə pərvərdigarə.
Dəryayi-əsrarə, dürri-şəhvarə,Ey dəli dil, eylə kəndini qəvvas.
Mütrib kim saz eylər, ələ alıb tar,Məşuqi kim söylər şövqilə dildar.
Seyid Nigaridə qalmaz ixtiyar,Vəqt kim rəqs eylər eşqlə rəqqas.