Əqlimi ey guli-xəndan,Atdın həvayə-həvayə.
Eylədin bulbul tək əfqan,Duşdum ah-vayə, ah-vayə.
Qeydi-zulfində, ey mahim,Ərşə yetişibdir ahim.
Murəxxəs et, padişahimMəni bir ayə, bir ayə.
Ləlindir omrum səfası,Ağzındır dərdim şəfası
Ey sənəm, zulfin həvasıƏldə sərmayə, sərmayə.
Bəndi-bənd gəldim xuruşə,Zovqi yetirdim suruşə.
Mayıl oldum cuşə-cuşə,Ləbi həmrayə, həmrayə.
Dərsin almış rahibərdən,Mushəfi-ruyi-dilbərdən.
Nigari hərdəm əzbərdənOxur min ayə, min ayə.