Söz Bulaq loqosu

Mir Həmzə Nigari

Aşıq oldum gene tazə

XIX əsrin şeirləri
Aşıq oldum gene tazəBir nov cavanə, cavanə
Hanı bir əhli-dil yazə,Ərzəm cananə-cananə.
Qəm əlindən getdim dadə,Dərdimdir həddən ziyadə.
Yalvarıram, vermə badəZulfin Səlmanə, Səlmanə.
Cuda duşdum ellərindən,Kəsmədim goz yollarından.
Zulfi-Leyla əllərindənGəzdim divanə-divanə.
Bilməzəm ki, ol kərəmkar,Əfv edərmi, gunahım var.
Yalvarıram, mar kimi zarHərdəm yalmanə-yalmanə.
Qurdum ulfətin binasın,Yıqdım dunyanın esasin.
Nigari, eşq səhrasınGəzdim mərdanə-mərdanə.