Söz Bulaq loqosu

Mir Həmzə Nigari

Nə qəmim var cahan icrə bənim, yar bənim

Qəzəllər
Nə qəmim var cahan icrə bənim, yar bənim,Nəyim əksikdi bənim, yar bənim, var bənim.
Sayeyi ali-əba, badeyi-əshabi-səfa,Xərməni-feyzi-bəha, cəzbeyi-əhrar bənim.
Sazu sazəndə qəzəl, cuşu xuruşi-sevda,Xubi-şirin hərgəhi, təbi-şəkərxar bənim.
Azu cox, hər nə ki var bəzmi-hərifan icrə,Malikanəm, həme dəm kaseyi-dəvvar bənim.
Hər yanə badə fəşan kaseyi-irsal etdim,Bəzmlərdə cəkilən sağəri-sərşar bənim.
Bilmədim kim, necə karim, necə kirdarim ucunQırdı başimdə butun bizeyi-dildar bənim.
Şukur, ey Miri Nigari ki, xərabat icrəCəngu ahəngu qədəh, şeri-şəkərbar bənim.