Ey dili-pursovda, talibi-Ənqa,Qafi-eşqdə var əsrari-duşvar.
Məgər kəşf eyləyə ol sirri movla,Yoxsa mumkun dəgil kimsəyə izhar.
Zərrə nə fəhm etsin dəşti-kamuni?Qətrə nə anlasın bəhri-Ceyhuni?
Cun necə soyləsun sirri-bicuni?Bəs soylə, kim etsun izhari-əsrar?
Sanma kim, asandır ilfəti, əgərRubadən kəmtərdir andə şiri-nər.
Sındırıbdır cox şahinlər şahpər,Həvayi-Ənqayə nəhayətmi var?
Gərci xətərnakdir təriqi-dilbər,Vəhm etmə kim, həmrahindir xeyli ər.
Həm rəhnimunindir sədiqi-Kərrar,Həm rəhbərindir Heydəri-Kərrar.
Ey Seyid Nigari, ey dili-sadə,Kuyi-həqiqətə eşqdir cadə.
Cəkmə ələm kim, yetərsən muradə,Dutubsan daməni-Əhmədi-Muxtar.