Didəbanam rəhguzari-şahı gozlər gozlərim,Baqmazam qeyri yola, şəhrahi gozlər gozlərim.
Seyr qılam kubəku, avaz verəm babi-bab,Barigəhi bəklərəm, dərgahi gozlər gozlərim.
Vaqifi-yarəm, vəlakin bixəbər əğyardən,Qafilə goz verməzəm, agahi gozlər gozlərim.
Zərrə mənzurim dəgil, dunya və mafiha, vəliAləmi-dareyndə bir mahi gozlər gozlərim.
Soyləmə sərbəstə, ey Seyid Nigari, aşikarSoyləsə kim, bir kərə, Allahı gozlər gozlərim.