Söz Bulaq loqosu

Şair

Bahar Şirvani

1834 (Şamaxı) – 1883 · Quzey Azərbaycan

Janrlar qəzəl, qəsidə

Mirzə Nəsrullah Bahar — Şamaxılı şair.XIX əsr Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən biri olub. O, Azərbaycan, fars və ərəb dillərində təhsil almış, Şərq ölkələrinə səyahət etmiş, bir müddət Hindistanda yaşamış və Tehranda təbabətlə məşğul olmuşdur. Lirik şeirləri ilə tanınaraq Nəsrəddin şahın sarayında "məlik üş-şüəra" (şairlərin başçısı) adına layiq görülmüşdür.

Onun Azərbaycan dilində yazdığı "Qəzəliyyat" və "Nərgiz və gül" məsnəvisi, fars dilində isə "Divani-qəsaid və qəzəliyyat", "Töhfətül-İraqeyn" əsərləri bədii irsinin əsas nümunələrindəndir. Mirzə Nəsrullah Bahar Şirvani 1835–1836-cı illərdə (hicri 1251) Şamaxı şəhərində tacir ailəsində dünyaya gəlmişdir. Atası Hacı Əbülqasım tacir zümrəsinə mənsub bir şəxs olmuşdur. Bahar hələ məktəbdə oxuduğu illərdə fars, ərəb və türk dillərini mükəmməl mənimsəmişdir.

Şeiri gənc yaşlarından yazmağa başlamış, oxuduğu farsca qəzəlləri türkcəyə nəzm formasında tərcümə etməyə meyil göstərmişdir. Bahar klassik Şərq təhsili almış və müxtəlif elmlərdə geniş məlumat toplamışdır. O, dini mövhumat və cəhalətə qarşı çıxmış, ictimai məclislərdə tənqidi nitqlərlə çıxış edərək cəmiyyətin maariflənməsinə çağırış etmişdir.

Kataloq

Janrlar və toplular

1 bölmə

Kataloq

Şeirlər

10 şeir
  1. Hər kim ki, hicri-yar ilə düşsə dimağdənHər kim ki, hicri-yar ilə düşsə dimağdən,
  2. Ləli-ləbin ki, xəlq deyirlər şərab onaLəli-ləbin ki, xəlq deyirlər şərab ona,
  3. Mey nuri cilvə eylədi cami-bülurdənMey nuri cilvə eylədi cami-bülurdən,
  4. Tutsam şərabı gər ləbinə tay, haramdırTutsam şərabı gər ləbinə tay, haramdır,
  5. Yetməz tamamə zülfi-siyahın hekayətiYetməz tamamə zülfi-siyahın hekayəti,
  6. Şadəm, gəl, ey sənəm, məni eşqində qanə çəkŞadəm, gəl, ey sənəm, məni eşqində qanə çək,
  7. Aç qara zülfünü ta səfheyi-rusxarı tulaAç qara zülfünü ta səfheyi-ruxsarı tuta,
  8. Derdim o məst gözlərinin çox bəlası varDerdim o məst gözlərinin çox bəlası var,
  9. Gər zülfün ilə beylə ola aşina gözünGər zülfün ilə beylə ola aşina gözün,
  10. Zülfün kimi qaraldı könül dudi-ah iləZülfün kimi qaraldı könül dudi-ah ilə,