Söz Bulaq loqosu

Bahar Şirvani

Hər kim ki, hicri-yar ilə düşsə dimağdən

Qəzəllər
Hər kim ki, hicri-yar ilə düşsə dimağdən,Heç açılırmı könlü onun seyri-bağdən?
Sordum sorağını, dedilər qeyrə yar olub,Ey kaş lal olaydı dilim bu sorağdən.
Ölməkdən özgə yox mənə eşqində bir vüsul,Pərvanə yanmağın sevər ancaq çirağdən.
Bir lalə üzlü yar çəkib dağ sinəmə,Ya rəb, sən etmə sinəmi xali bu dağdən!
Yetdikdə gül dodağına mey bilməzəm alırMeydən dodaq nəşəni, ya mey dodaqdən?!
Sənsiz əgər bahar açıla istəməz Bahar,Nə qönçə bardən açıla, lalə dağdən.