Söz Bulaq loqosu

Bahar Şirvani

Ləli-ləbin ki, xəlq deyirlər şərab ona

Qəzəllər
Ləli-ləbin ki, xəlq deyirlər şərab ona,Xasiyyəti-şərab tapar yetsə ab ona.
Şirin ləbin ki, ləl ürəyin qanə döndərib,Yoxdur üzündə qanı, deyən ləli-nab ona.
Görmək şüai-arizini kimdə tabi var,Bitablıq edib nə salırsan niqab ona?!
Gündən-günə saraldı, görüb hüsnünü yenə,Girməz yerə ki, qarşı çıxar aftab ona.
Nəfyi-vücudi-nöqteyi-mövhum edər həkim,Ağzın deyəydi kaş açılıb bir cavab ona.
Zahid ki, eşqi küfr deyib hökm edər, Bahar,İmanə gəlməz, oxuyasan min kitab ona.