Söz Bulaq loqosu

Bahar Şirvani

Mey nuri cilvə eylədi cami-bülurdən

Qəzəllər
Mey nuri cilvə eylədi cami-bülurdən,Cami-büluri gör ki, ləbaləbdi nurdən.
Ruxsarın atəşi məni yandırdı durdən,Əlbəttə, yandırar, düşə gün gər bülurdən.
Naz ilə bir xuramə gəl, əmvatə qıl güzər,Ta "mərhəba!" səsi gələ əhli-qüburdən.
Zahid sözilə kim büti-meyxanədən keçər,Özü görək keçirmi behişt ilə hurdən?
Ol bivəfa tutarmı vəfa ilə dəstimi,Basmaz ayağını gözümə çün qürurdən.
Meyxanəyə Bahar qürur ilə meyl edər,Zahid qüsura meyl qılır [kim] qüsurdən.