Söz Bulaq loqosu

Bahar Şirvani

Aç qara zülfünü ta səfheyi-rusxarı tula

Qəzəllər
Aç qara zülfünü ta səfheyi-ruxsarı tuta,Xoş olur sünbül əgər açıla gülzarı tuta.
Hər zaman müşki-Xitadən iy oğurlar zülfün,Möhtəsib hanı ki, bu düzdi-xətakarı tuta?
Bilməyirsən neçə min aşiq olub zülfünə bənd,Zülf qalmaz sənə gər hər biri bir tarı tuta.
Hiç insaf deyil, zülfünə canım qurban,Mən duram, özgələr ol türreyi-tərrarı tuta.
Qorxum oldur ki, görə zülfünü zahid nagəh,Buraxıb sübheyi-səddanəni, zünnarı tuta.
Nə əcəb etməsə ol şux mənimlə göftar,Neyləsin, yox o qədər arzı ki, göftarı tuta.
Yalvara-yalvara zülfün nə olur tutsa Bahar,Çox əcəb sanmayın əfsungər əgər marı tuta.