Şadəm, gəl, ey sənəm, məni eşqində qanə çək,Gər bavər etməsən, sözümü imtahanə çək.
Şəm'i-rüxundən ayrılığım etdi kül məni,Pərvanə tək özün tərəfə yanə-yanə çək.
Şayəd ki, bir də arizinə düşməyə gözüm,Yüzdən o qara zülfünü, gəl, bircə yanə çək.
Ol səngidil nigarə məgər eyləyə əsərKönlümdən, ey şərareyi-ahım, zəbanə çək.
Hicrin günündə, bəlkə mənə qəmküsar ola,Hər qədr var qəmin, bu dili-natəvanə çək.
Ollam həlak yadi-rüxünlə baxıb gülə,Ey yari-həmnişin, məni az gülsitanə çək.
Etmək Bahar könlünü aşüftə istəsən,Naz ilə, gəl, o zülfi-pərişanə şanə çək.