Zülfün kimi qaraldı könül dudi-ah ilə,Eşqində iddia edərəm bu güvah ilə.
Netsin o tari-zülfünə bu qan olan könül,Mümkünmüdür bacarmaq o zülfi-siyah ilə?!
Hər guşəsində gözlərinin min bəla yatıb,Necə can almasın belə göz bir nigah ilə?
Lütf ilə yığdı süni-qəza hüsni-ruyinə,Necə ki, bağban gülü bağlar giyah ilə.
Müjgan səfini sinəmə çəkmək rəva deyil,Gəlmək xərabə mülkə nə lazım sipah ilə?!
Fikri həmişə qanını tökməkdir aşiqin,Muxtardır, nə etmək olur padişah ilə!
Meyxanəyə Bahar girib "ya sənəm" deyir,Zahid girəndə Kəbəyə yüz "la ilah" ilə.