Şair
Mirzə Möcüz Şəbüstəri
Janrlar satirik şeir, qəzəl
Mirzə Əli Hacı Ağa oğlu Möcüz, ədəbi aləmdə Mirzə Möcüz Şəbüstəri adı ilə tanınan Güney Azərbaycan şairidir. 1873-cü ildə Şəbüstərdə doğulmuşdur. Uşaqlıq və gənclik illərində dini təhsil almış, sonralar bir müddət İstanbulda və başqa şəhərlərdə yaşamış, müxtəlif peşələrlə məşğul olmuşdur. Səfərlər və ictimai müşahidələr onun dünyagörüşünə təsir göstərmişdir.
Şair Azərbaycan türkcəsində yazdığı satirik əsərlərlə tanınır. Möcüz cəhaləti, mövhumatı, dini fanatizmi, sosial bərabərsizliyi və qadınların hüquqsuzluğunu tənqid etmiş, təhsil və maariflənmənin vacibliyini müdafiə etmişdir. Onun şeirləri canlı xalq dili, istehza və gündəlik həyatdan götürülmüş obrazlarla seçilir. Klassik qəzəl və başqa şeir formalarından istifadə etsə də, məzmununda dövrünün ictimai məsələlərinə yönəlmiş yenilikçi mövqe güclüdür.
Siyasi məhdudiyyətlər səbəbindən əsərlərinin bir hissəsi əlyazma və şifahi yolla yayılmış, sonralar toplanıb nəşr edilmişdir. Möcüzün yaradıcılığı Güney Azərbaycan poeziyasında ana dilində ictimai tənqidin və satirik ənənənin mühüm nümunəsidir. O, həyatının son illərini Şahrudda keçirmiş və 1934-cü ildə orada vəfat etmişdir.
Kataloq
Janrlar və toplular
Kataloq
Şeirlər
- Açın üzləriNiqabi eylədi icad bir şahin hərəmi
- Çiçəkİki qız aldın əlimdən, boyadın qanə, çiçək!
- AllahBir az istər ayıla milləti-İran, allah!
- Bahar olduNə yatmısan, dur, ey saqi, ki, yay misli bahar oldu,
- Bu necə əsridi?Yoxdu bir şəxs mənim tək meyə müştaq olsun.
- Bu gecəGenə yer üstə nizul afitab edib bu gecə,
- Boşla, gedəKişi, sənə deyirəm: hey filanı boşla, gedə!
- Bəsdir yetər axir!Nədir bu nazü istiğna, gecə oldu səhər axir,
- Candan keçmişux!Dilbəra! Mümkün deyil gülşəndə gül bixar ola,
- BacılarQulaq verin, sizə var bir-iki sözüm, bacılar!
- Bir gecəBir gecə mənzili-Hüseyn xani
- Anam təlim edən dildəMənə lütf eylə, ey saqi, gətir o cami–sərşari
- ArzuXudaya, bəhəqqi birincü kərə,
- AxtarırDilbəra! Bu rind genə bir yağlı qurban axtarır,
- Ay qızQoydun qədəm beş yaşına,
- BahalıqYaran, başuz sağ olsun, çay çox giran olubdur,
- Bayram gəlirEylə tərəhhüm, xuda, bəndəyi-bidövlətə,
- Bənzisən qızılgülə sənSəni xuda yaradıb, dilbəra, deyib-güləsən,
- Anbardara xitabXuda rəhm etdi, nazil oldu rəhmət:
- Bekarlara nəsihətHər şəxs gərək eyləyə bir sənətə xidmət,
- BilmədimBəndəni əfv eyləyə millət gərək,
- Bir məsləhətYükün az çat bir az, qardaş, ulağın xeyli lağərdir.
- Canlı cənazəMahi-siyam gəldi, məni saldı möhnətə,
- CumhuriyyətəSaqiya! Bir badə ver əbnayi-cümhuriyyətə,
- Allahın nemətləriGözün aç, Möcüza, qıl bir nəzər əltaf yəzdanə,
- Ay millət!Gözlərizi yummayın, ey dustan,
- Açıq məktubHacıya, vardı sənin mülki-Səmədabadın,
- Aşiqi-pərişanHəmişə fikri budur aşiqi-pərişanın:
- Çək başuvu yorğan içinə!Dilbər istər apara mülçünü müjgan içinə,
- Çəkmə siqarə!Ey gözləri piyalə və ey qaşları qələm,
- AxtarmaDuanəvisdə kəşfü kəramət axtarma,
- Axır ki, ağlat millətiHər gecə şamdan sora, ey Molləli
- Bu necə vilayətdir?Xoşa səadətinə on ki, əhli cənnətdir,
- MillətÇalındı suri-İsrafil və bidar oldu hər millət,
- YaşamaqNə xoşdi bir sənəmi–məhcəmal ilən yaşamaq,
- AğalarO xaliq ki, girdə edib mazını,
- Bədbəxt o kimsədir ki...Fəsli-bahardı keçir idim laləzaridən,
- Amandı dur məzardanBeş-altı yüz nəfər dələ alır kilünki çün ələ, salır cəhanə vəlvələ və şurişü qiyaməti, səbahü əsrü vəzzüha, yıxalla qəsri-şürbəha, tükəndi səbrimiz daha, gedax Məmmədəlişaha, deyax ki, ölürux daha! Başuva yığ əcamiri, xüsus Əmir Bəhadiri, belinə bağla qəddərə və rakib eylə əstərə, o hafizi-şəriəti. Deyin: Əya şəhi bəqa, əya xədivi-məhliqa, olub rəiyyət əşqiya, misali rus və erməni geyiblə kəfşi-rovqəni, genişləyirlə kuçəni; deyəndə: ey sitəmşüar, nolar olanda kuçə dar? Deyəllə: çor və zəhrimar, döyəllə həm cəmaəti. Nə hoqqabazılıqdı bu əya giruhi-səqf gən, yaratmış həyyu-zülmənən, şütur bərayi mərdü zən və əsbü filü gərgədən, məgər o üştərizəmin, o piri-zuri-pərvərin və əsbi-mah peykərin, maşından azdı sürəti? Baxın bu qövli-əbtərə, nə rəhm edəllə dülgərə, nə dəlləyə, nə rəşbərə, nə məscidə, nə minbərə, nə Miri-şəri-ənvərə, bu qövmün ehtiramı yox şəriəti peyəmbərə; nə həq tanır və nə Əli, nə Cəfəri, nə dini var, nə bığı var, nə səqqəli. Gəlibdi fəleyi-Güney, misali muri-biədən, çıxalla damə nagəhan, deyəllə: ya Əli mədəd! Verəllə səs-səsə hamı, yıxalla şəst ilə damı, gedəllə cümə axşamı içəllə zəhrimari mey, vuralla dəf, çalılla ney, deyəllə: Ay daley-daley! Əya cəmaəti Güney, məgər ki, yoxdu qeyrətüz, qalıbdı kətdə külfətüz, nə aşı var, nə də əti! Deyin o əhli Təbrizə, maşın gərək deyil bizə, gəlin, gəlin, çökün dizə, qulaq verin bir həmdüzə, fərasət örgədək sizə. Qələtdi həmdü surəmiz, gərək onu ravanlayax, üsuli-dini anlayax, firui-dini həmçinin. Niyə boş əyləşək ki, biz xərab edək vilayəti? Vuranda gürzünü yerə, Nəkirü-Münkər, ey Əmu, qoyunlar ürkər, ey əmu! Sual edə nəmazdən, xudayi-baniyazdən, şəhənşəhi-hicazdan, nə farsicə bilər: "Birov", nə türkücə "Xnov-minov", nə kürdücə "Həsov-məsov", nə rusicə "Netov-metov", fəqət bilər ərəbcə o, cavab alar ərəbcə o. Bə izzəti, bə şövkəti behişti xəlq edib xuda bərayi-şieyi-Əli; vəli o mömünün gərək ola döşündə səqqəli, ki, yəni çox kəbir ola, Fətəlişah Pəzir ola, həna qoya o səqqələ və rəngi misli qır ola və ayinə ala ələ, baxa bığın qabağına, məbadiya ki, meyil edə beş-altı tük dodağına, o tükləri təmizləyə, ola adam balası, ta gedə ala qucağına, o huriyani-cənnəti.
- BəzəkDəvədən öyrənib bizim bacılar
- Ağalar!Biri deyər: gərək fala baxıla!