Söz Bulaq loqosu

Mirzə Möcüz Şəbüstəri

Bu gecə

Qəzəllər
Genə yer üstə nizul afitab edib bu gecə,Könül sərayini rövşən şərab edib bu gecə.
Gəlin, öpün əlini Möcüzi-günəhkarinKi, künc meykədədə çox səvab edib bu gecə.
Şərab nur hidayətlə doldurub qəlbin,Binayi-küfri yıxıb, mey xərab edib bu gecə.
Mey ilə eyləmişəm mən mühasini əlvan,Əgər həna ilə zahid xəzab edib bu gecə.
Yatıb kəsalət ilə şeyxi-şəhr, mən neynim?O nəfsinə sitəmi-bihesab edib bu gecə.
Əlində badə, yanında həbib, ey MöcüzXuda dualərüvi müstəcab edib bu gecə!