Xoşa səadətinə on ki, əhli cənnətdir,Ki, yəni sahibi cahü-cəlalü dövlətdir.
Kərə ucuzdu və sədri və ləhmi-buzqalə,Bu il çilov yeməyən xeyli bimürüvvətdir.
Kabab edərdi əti xalq, yüz min il əvvəl,Soxurlar indi ki, kövduşə, məhz bidətdir.
Əgər qənaət edə yoxsul, haqqı var, ammaQənaət eyləməyi varlının qəbahətidir.
Cəmali-balə nəzər etmə, yum gözün, müflüs,Bu eşqbazlığıvun çün sonu nədamətdir.
Lətifdir bədəni, həm gözəldi ruxsarı,Əsəl cahanda, ilahi, nə yaxşı nemətdir!
Soyuqdan az qalır ölsün fəqir həmsayən,Düçari-fəqri-zərurət əsiri-külfətdir.
Cəhalət ilə gedirsən Əli ziyarətinə,Vəli, Əliyyü-Vəli düşməni-cəhalətdir
Şəbüstər əhli nə bədbəxtdir, xudavənda,Baxırsan hər yana, başı ləçəkli övrətdir.
Diyari-qürbəti icad edənlərə lənət!On evdə bir kişi yox-bu neçə vilayətdir?
Vətən cavanları qürbətdə ixtiyar oldu,Bu hali-zərə səbəb, Möcüza, şəriətdir.
Bu hali-zarə əlac eyləyə bilər varlı,Vəli çi sud ki, bunlar da bikifayətdir.
Ayıqlıq eylədi bazar Möcüzü, saqi!Piyalə ver mənə, xovf etmə, xanə xəlvətdir.