Söz Bulaq loqosu

Mirzə Möcüz Şəbüstəri Başqa Şeirlər

Mirzə Möcüz Şəbüstəri · 28 şeir

Başqa Şeirlər

  1. Bir gecəBir gecə mənzili-Hüseyn xani
  2. Anam təlim edən dildəMənə lütf eylə, ey saqi, gətir o cami–sərşari
  3. ArzuXudaya, bəhəqqi birincü kərə,
  4. AxtarırDilbəra! Bu rind genə bir yağlı qurban axtarır,
  5. Ay qızQoydun qədəm beş yaşına,
  6. BahalıqYaran, başuz sağ olsun, çay çox giran olubdur,
  7. Bayram gəlirEylə tərəhhüm, xuda, bəndəyi-bidövlətə,
  8. Bənzisən qızılgülə sənSəni xuda yaradıb, dilbəra, deyib-güləsən,
  9. Anbardara xitabXuda rəhm etdi, nazil oldu rəhmət:
  10. Bekarlara nəsihətHər şəxs gərək eyləyə bir sənətə xidmət,
  11. BilmədimBəndəni əfv eyləyə millət gərək,
  12. Bir məsləhətYükün az çat bir az, qardaş, ulağın xeyli lağərdir.
  13. Canlı cənazəMahi-siyam gəldi, məni saldı möhnətə,
  14. CumhuriyyətəSaqiya! Bir badə ver əbnayi-cümhuriyyətə,
  15. Allahın nemətləriGözün aç, Möcüza, qıl bir nəzər əltaf yəzdanə,
  16. Ay millət!Gözlərizi yummayın, ey dustan,
  17. Açıq məktubHacıya, vardı sənin mülki-Səmədabadın,
  18. Aşiqi-pərişanHəmişə fikri budur aşiqi-pərişanın:
  19. Çək başuvu yorğan içinə!Dilbər istər apara mülçünü müjgan içinə,
  20. Çəkmə siqarə!Ey gözləri piyalə və ey qaşları qələm,
  21. AxtarmaDuanəvisdə kəşfü kəramət axtarma,
  22. Axır ki, ağlat millətiHər gecə şamdan sora, ey Molləli
  23. Bu necə vilayətdir?Xoşa səadətinə on ki, əhli cənnətdir,
  24. MillətÇalındı suri-İsrafil və bidar oldu hər millət,
  25. YaşamaqNə xoşdi bir sənəmi–məhcəmal ilən yaşamaq,
  26. AğalarO xaliq ki, girdə edib mazını,
  27. Bədbəxt o kimsədir ki...Fəsli-bahardı keçir idim laləzaridən,
  28. Amandı dur məzardanBeş-altı yüz nəfər dələ alır kilünki çün ələ, salır cəhanə vəlvələ və şurişü qiyaməti, səbahü əsrü vəzzüha, yıxalla qəsri-şürbəha, tükəndi səbrimiz daha, gedax Məmmədəlişaha, deyax ki, ölürux daha! Başuva yığ əcamiri, xüsus Əmir Bəhadiri, belinə bağla qəddərə və rakib eylə əstərə, o hafizi-şəriəti. Deyin: Əya şəhi bəqa, əya xədivi-məhliqa, olub rəiyyət əşqiya, misali rus və erməni geyiblə kəfşi-rovqəni, genişləyirlə kuçəni; deyəndə: ey sitəmşüar, nolar olanda kuçə dar? Deyəllə: çor və zəhrimar, döyəllə həm cəmaəti. Nə hoqqabazılıqdı bu əya giruhi-səqf gən, yaratmış həyyu-zülmənən, şütur bərayi mərdü zən və əsbü filü gərgədən, məgər o üştərizəmin, o piri-zuri-pərvərin və əsbi-mah peykərin, maşından azdı sürəti? Baxın bu qövli-əbtərə, nə rəhm edəllə dülgərə, nə dəlləyə, nə rəşbərə, nə məscidə, nə minbərə, nə Miri-şəri-ənvərə, bu qövmün ehtiramı yox şəriəti peyəmbərə; nə həq tanır və nə Əli, nə Cəfəri, nə dini var, nə bığı var, nə səqqəli. Gəlibdi fəleyi-Güney, misali muri-biədən, çıxalla damə nagəhan, deyəllə: ya Əli mədəd! Verəllə səs-səsə hamı, yıxalla şəst ilə damı, gedəllə cümə axşamı içəllə zəhrimari mey, vuralla dəf, çalılla ney, deyəllə: Ay daley-daley! Əya cəmaəti Güney, məgər ki, yoxdu qeyrətüz, qalıbdı kətdə külfətüz, nə aşı var, nə də əti! Deyin o əhli Təbrizə, maşın gərək deyil bizə, gəlin, gəlin, çökün dizə, qulaq verin bir həmdüzə, fərasət örgədək sizə. Qələtdi həmdü surəmiz, gərək onu ravanlayax, üsuli-dini anlayax, firui-dini həmçinin. Niyə boş əyləşək ki, biz xərab edək vilayəti? Vuranda gürzünü yerə, Nəkirü-Münkər, ey Əmu, qoyunlar ürkər, ey əmu! Sual edə nəmazdən, xudayi-baniyazdən, şəhənşəhi-hicazdan, nə farsicə bilər: "Birov", nə türkücə "Xnov-minov", nə kürdücə "Həsov-məsov", nə rusicə "Netov-metov", fəqət bilər ərəbcə o, cavab alar ərəbcə o. Bə izzəti, bə şövkəti behişti xəlq edib xuda bərayi-şieyi-Əli; vəli o mömünün gərək ola döşündə səqqəli, ki, yəni çox kəbir ola, Fətəlişah Pəzir ola, həna qoya o səqqələ və rəngi misli qır ola və ayinə ala ələ, baxa bığın qabağına, məbadiya ki, meyil edə beş-altı tük dodağına, o tükləri təmizləyə, ola adam balası, ta gedə ala qucağına, o huriyani-cənnəti.