Yaran, başuz sağ olsun, çay çox giran olubdur,Girvənkəsi otuz beş sahibqıran olubdur.
Ponzasını satırlar altı qırana qəndin,Kişmişlə dadı qaçmış ol çayi-dilpəsəndin.
Rəngü-rüxü solubdur çaydani-dərdiməndin,Qənddani-binəvanın qəddi kaman olubdur.
Dad vermiri ağızda şiriniyi-cəvanmərg,Əndamı, təhri, təmi, hər zadı misli gerçək.
Yox bir nəfər desin ki, bəsdir bu çaydan əl çək.Bain həmə qurumsaq İranda xan olubdur.
Dünyanı əhli-məğrib döndərdi Kərbalayə,Dəva bir az da sürsə başım keçər cidayə,
Biçarə zərli fincan həsrət qalıbdı çayə,Əttövbə, tövbə, yaran, axir zəman olubdur.