Saqiya! Bir badə ver əbnayi-cümhuriyyətə,Təşnədir əhli-vətən səhbayi-cümhuriyyətə.
Sakit ol, ahəstə gəl, tünd əsmə, ey badi-səba,Qorxuram toz əyləşə simayi-cümhuriyyətə!
Bir para nadan kişi "Başsız bədən olmaz" deyər,Bəs, demək vaqif deyil mənayi-cümhuriyyətə,
Qurda verdi kəlləni çün kəlləsiz çobanımız,Ol cəhətdən düşmüşük sövdayi-cümhuriyyətə.
Qaməti oldu xəmidə binəva iranlınınBəs ki, kürnuş eylədi ədayi cümhuriyyətə.
Qibleyi-aləmlərə yüz il "Bəli, qurban!" dedik.Bir zaman da "hən" deyək ağayi-cümhuriyyətə.
İstəsən qeydi-əsarətdən xilas olmaq əgər,Qoy qədəm Musa kimi dəryayi-cümhuriyyətə!
Etdi əhya Yenki Dünya mürdəganin biltamam;Sən də yalvar, ey oğul, İsayi-cümhuriyyətə!
Bir qarış yer yoxdu ləmyəzr Firəngistanidə,Eylə bir ətfi-nəzər səhrayi-cümhuriyyətə!
Möhtəkirlər asitanin bus edən cühhalidir!Üz sürə aqil gərək tuğrayi-cümhuriyyətə.
Qədri-zər Möcüz şünasəd, qədri gövhər-gövhəri,Olmaz hər kəs müştəri kalayi-cümhuriyyətə!