Söz Bulaq loqosu

Mirzə Möcüz Şəbüstəri

Bilmədim

Şeirlər
Bəndəni əfv eyləyə millət gərək,Məbədə-meyxanə dedim, bilmədim,
Başini divarə vurub, sındıranAqilə-divanə dedim, bilmədim.
Mən nə bilim qarğa xoşavazmış?Bayquşa bayquş demək olmazmış!
Təlx idi övqati-şərifim bir azBayquş o heyvanə dedim, bilmədim.
Gördü filankəs yuxuda bir gecəQolboyun olmuş yatıri hur ilə.
Sərxoş idim şireyi-əngur ilə,Uyquya-əfsanə dedim, bilmədim.
Bığ və səqəl söhbətin əldən salın,Eyləməyin zümm o qızıl dişləri,
Əsrimizə lazım olan işləriÖyrədin oğlanə-dedim, bilmədim.
Düşməni-din göydə gəzir quş kimi,Məbədi viran edəcəkdir, əyil!
Kəs səsüvi, başuva bir çarə qıl,Qareyi-Quranə-dedim, bilmədim.
Görcək əlində qəzetə Cəfərin,Rəngi pozuldu, sırığı korladı,
Qeyzə gəlib bomba kimi gurladı,Ağzına qorxanə-dedim, bilmədim.
Vizri, vəbalı, günəhi boynuma,Məşdi, canım ver pulunu aclara!
Peykəri üryanlara, möhtaclaraGetmə Xorasanə-dedim, bilmədim.
Hacı dadaş, salma özün zəhmətə,Ver o pulu milləti-bidövlətə,
Kafər əgər borc verə bu millətə,Bənd olar İranə-dedim, bilmədim.
Uymuş əcəb qəflətə qardaşlarım,Çorta gedib, sübhü məsa yuxlayar.
Mən elə bildim ki, o sir saxlayar,Sirrimi qəlyanə-dedim, bilmədim.
Atdı əlin qaimeyi-xəncərə;Durdu beş-on vurdu məni-müztərə.
Mən elə bildim ki, o söz yaxşıdır,Yatma-müsəlmanə dedim, bilmədim.
On iki il ağlamışıq müttəsil,Bu günü bayramdı, gəlin bir gülək.
Bəndeyi-bitəcrübeyi-kəməqilBu sözü nadanə dedim, bilmədim.
Dosta deyər dost xətiyyatınıKi, edə islah üyubbatını,
Dinü vətən düşməni zənn eylədim,Möcüzə biganə-dedim, bilmədim.