Söz Bulaq loqosu

Şair

Xurşidbanu Natəvan

1832 (Şuşa) – 1897 (Şuşa) · Quzey Azərbaycan

Janrlar qəzəl, rübai, mərsiyə

Xurşidbanu Natəvan

Xurşidbanu Natəvan (6 avqust 1832, Şuşa, Gürcüstan quberniyası – 2 oktyabr 1897, Şuşa, Yelizavetpol quberniyası) — XIX əsr Azərbaycan şairəsi. Sonuncu Qarabağ xanı Mehdiqulu xan Cavanşirin qızı, İbrahimxəlil xanın nəvəsi. Mehdiqulu xan qızı Xurşidbanu Natəvan 6 avqust 1832-ci ildə Şuşada anadan olmuşdur. Mehdiqulu xan qızına öz anası Xurşidbanunun adını vermişdir.

O, ailənin yeganə övladı, həm də Qarabağ xanlıqlarının sonuncu vərəsəsi olduğu üçün, onu sarayda "Dürrü yekta" (Tək inci), el arasında isə "Xan qızı" çağırmışlar. Natəvanın dünyagörüşünün, bədii zövqünün formalaşmasında yaxın və uzaq qohumlarının əməyi az olmamışdır. Qasım bəy Zakir, Mirzə Camal Cavanşir Qarabaği, Mirzə Adıgözəl bəy Qarabaği, Əhməd bəy Cavanşir kimi hörmətli və tanınmış şəxsiyyətlər öz yaradıcılıqları, ədəbi söhbət və mübahisələri, eləcə də ağıllı məsləhətləri ilə Xurşidbanuda şeirə və sənətə olan şövq və həvəsi qüvvətləndirmişlər. Tarixçilərin ehtimalına görə, bu dövrdə xarici və daxili vəziyyətin ciddi surətdə gərginləşməsi ilə əlaqədar xan ailələri üzərində nəzarət gücləndirilmiş və Xurşidbanu Xasay xan Usmiyevlə izdivaca məcbur edilmişdi.

Məşhur əsərləri: Divan

Kataloq

Janrlar və toplular

3 bölmə

Kataloq

Şeirlər

7 şeir
  1. OldumƏya Nəvvab, valayi-süxəndan,
  2. QərənfilSəni kimdir sevən bica, qərənfil?
  3. Yıxıb bu könlüm evin, eyləyib viran, getməYıxıb bu könlüm evin, eyləyib viran, getmə!
  4. Dilbəra, dərdi-dilimdən belə ünvan etdimDilbəra, dərdi-dilimdən belə ünvan etdim
  5. Yanar canım, oğul, daim sənin nari-fəraqındaYanar canım, oğul, daim sənin nari-fəraqında,
  6. Əgərçi xoşdu mənə ətri, həm səfası gülünƏgerçi xoşdu məne etri, hem səfası gülün,
  7. Söylə Hüseynə, ey səba, Kərbübəlaya gəlməsünSöylə Hüseynə, ey səba, Kərbübəlaya gəlməsün,