Söylə Hüseynə, ey səba, Kərbübəlaya gəlməsün,Gəlsə, düşər bu dəştidə dərdü bəlayə, gəlməsün.
Söyləginən gətirməsün Kufəyə nazlı Əkbəri,Zülm ilə qanına batar türreyi-müşki-ənbəri.
Bəlkə Firəngətək apar cümleyi-ali-heydəri,Zibhi-əzim üçün bu gün kuhi-Minayə gəlməsün.
Söylə gətirmə Qasimi, qatili eyləyir şitab,Toyda olur yəqin onun qanına əlləri xizab.
Görmə rəva ki, Şümri-dun din evin eyləsin xərab,Rəhm eyləsün o Zeynəbi-bəxti-qərayə, gəlməsün.
Gəlməyə yoxdu fürsətim, qan ilə namə yazmışam,Öldürəcəkdi Müslümü Kufədə firqəyi-zülam.
Əbəlfəzin uzun qolu görmə rəva ola qələm,Bacıların ayaqyalın, dəşti-bəlayə gəlməsün.
Yetsə əgər xəbər sənə öldü bu Müslimi-əqil,İbni-Ziyad nəşimi gərçi edibdü çox zəlil,
Qüslü hənut olmadı, oldu qənarədə qətil,İstəmirəm, əyalını qoyma, əzayə gəlməsün.
Badi-xəzan əsər sənin qönçəsifət əyalına,Rəhm eylə, yavərim Hüseyn, Qasimi-xoşməqalına.
Canı təsəddüq eylədim Əkbərimin, cəmalına,Sağ ola ol imam Hüseyn, qəm üsərayə gəlməsün.
Söylə əmoğluma məni-bikəsi eyləsin həlal,Ərzimi birbəbir elə, Ali-əbayə şəhri-hal.
İki açılmış gülüm Kufədə zari-dilməlal,Qaldılar Əkbər ilə ol Qasim, hərayə gəlməsün.
Həsrətəm ol cəmalına, ah çəkirəm bu sinədən,Kufədə vardu qatilin, gəlmə həzin Mədinədən,
Qoyma yetim Xədicəni ayrı ola Səkinədən,Başına əl çək, ağlayıb şuri-nəvayə gəlməsün.
Söylə onun anasına başına qarə bağlasın,İki baladən ayrılıb, kövni-məkanı dağlasın,
Tutsa əza, Xədicədən söylə ki, gizli ağlasın,Bəlkə yetimliyin tozu mahu-liqayə gəlməsün.
Fatimənin kənizi, bu qissəni eylə kim, tamam,Bir-birə dəydi mərdü zən, şurə gəlibdü xasüam.
Növhə edər bu Natəvan, ruzü şəb ağlayar müdam,Tapmasa bir dəri-nicat, dari-bəqayə gəlməsün.