Əya Nəvvab, valayi-süxəndan,Yetişdi naməniz dilşad oldum.
Qəmü dərdim firavan idi, ammaBehəmdüllah genun azad oldu.
Sərasər şeiriniz öz ruyi-hikmət,Qamu məzmunları mehrü məhəbbət,
Möhübbə rəhmətü ədvanə zillət,Bu şirin ləhcəyə mötad oldum.
Sizə lütfi-xuda olsun müraqib,Əta qılsun dəxi əla məratib.
Yetə bədxahə gər, əşhabi-saqib,Xərab olsam da gər, abad oldum.
Qəmi-əyyamidən çox natəvanəm,Əliləm, naxoşam, afsordə canəm,
Bu tətildən özüm də bədgümanəm.Məgər kuhi-qəmə Fərhad oldum.
Unutma sən duadan Natəvanı,Əlilü naxoşu əfsordə canı,
Cənabında səva yoxdur gümanı,Əgər yaddan çıxam bərbad oldum