Səni kimdir sevən bica, qərənfil?Sənə mən aşiqi-şeyda, qərənfil!
Səni gülşən əra aşuftə gördüm,Yəqin bildim tutub sevda, qərənfil!
Belə pəjmürdə hal ilə durubsan,Düşər güllər əra qovğa, qərənfil!
Driğa kim, vəfasızdır bu gülşən,Gedər bu teləti-ziba, qərənfil!
Üzündən pərdeyi-nazın kenar et!Unutma aşiqi, haşa qərənfil!