Şair
Qövsi Təbrizi
Janrlar qəzəl, qəsidə
Əlican İsmayıl oğlu Qövsi Təbrizi (1568, Təbriz – 1640, Təbriz) — XVII əsrin əvvəllərində yaşamış Azərbaycan şairi. O, Təbrizdə anadan olmuş, ilk təhsilini atasından almış, İsfahanda oxumuş, sonradan Təbrizə qayıdaraq burada din xadimi kimi həyatını davam etdirmişdir. Şair Füzuli ədəbi məktəbinin görkəmli davamçılarından hesab olunur.
Qövsi Təbrizi həm köhnə Azərbaycan dilinin klassik şeir dili mərhələsini (XV əsr), həm də yeni Azərbaycan dilinin xəlqiləşməsi dövrünü (XVII əsr) öz yaradıcılığında inikas etdirə bilmişdir. Əlican İsmayıl oğlu Qövsi Təbrizi XVII əsrin ikinci rübündə, o dövrdə Səfəvilər dövlətinin bir hissəsi olan Təbriz şəhərində sənətkar və şair ailəsində anadan olmuşdur. Onun dəqiq doğum və ölüm tarixi məlum deyil.
Qövsi Təbrizinin ailəsi haqqında ətraflı məlumatı Hind təzkirələrini tədqiq etmiş professor Həmid Araslı vermişdir. Azərbaycan ədəbiyyatı tarixində Qövsi təxəllüslü üç yazıçı vardır ki, akademik Həmid Araslı onların hamısının eyni ailədən olduğunu irəli sürmüşdür. Tarixçinin fikrincə, Qövsi təxəllüsü ilə yazıb-yaratmış bu müəlliflər baba, ata və nəvə idilər.
Məşhur əsərləri: Divan
Kataloq
Janrlar və toplular
Kataloq
Şeirlər
- Canə etdim dərdi-dil zəbtindən, ey dildar, eşit!Canə etdim dərdi-dil zəbtindən, ey dildar, eşit!
- Kimi can etdi, kimi könlünü dildarə fədaKimi can etdi, kimi könlünü dildarə fəda,
- Olur hərçənd can şirin, vəli canan yerin tutmazOlur hərçənd can şirin, vəli canan yerin tutmaz,
- Onunçün mən sənə yalvarmanam kim, yalvaran çoxdürOnunçün mən sənə yalvarmaram kim, yalvaran çoxdur,
- İstərəm peyvəstə, ey rəna dolanım başınaİstərəm peyvəstə, ey rəna dolanım başına,
- Dostlar, könlüm diyarın etdi viran iztirabDostlar, könlüm diyarın etdi viran iztirab,
- Gətir saqi şərabi-nab, mütrib sazını saz et!Gətir saqi şərabi-nab, mütrib sazını saz et!