Söz Bulaq loqosu

Qövsi Təbrizi

Onunçün mən sənə yalvarmanam kim, yalvaran çoxdür

Qəzəllər
Onunçün mən sənə yalvarmaram kim, yalvaran çoxdur,Mənim könlüm alan yoxdur, sənə könlün verən çoxdur.
Məni-dilxəstənin həm sədqəsi çox, sorgilən halın,Səninçin nərgisi-bimarın əhvalın soran çoxdur.
Dili-sədparəmi sən algilən, ey namüsəlman kim,Bugün ol laleyi-sədbərgi dörd yandan dərən çoxdur.
Gözüm nöqsani-naz olmaz, sual et hali-zarım kim,Mənim dərdim bilən yoxdur, sənə gər bildirən çoxdur.
Qaçan fürsət verir nazi-təğafül dərdi-hicranə,Bəli əhya verən azdır və gör nə öldürən çoxdur.
Uzaqdır yol, gərəkdir ləngü ləngin başa aparmaq,Və gər nə öz səməndin bir havur yortub-yoran çoxdur.
Qənimətdir kimin kim, dideyi-mənisi rövşəndir,Və gər nə çeşmi-surətbin ilə Qövsi görən çoxdur.