Olur hərçənd can şirin, vəli canan yerin tutmaz,Bir-iki üç nəfəs bir ömri-cavidan yerin tutmaz.
Məni bülbüllər ilə bir tutan bidərd bilməzmi –Ki, yüz min bülhəvəs bir aşiqi-heyran yerin tutmaz.
Meyi-gülgun, şəbi-hicran nə keyfiyyət verir, saqi –Ki, sənsiz çeşmeyi-heyvan bir ovuc qan yerin tutmaz.
Əgər yüz min xiyaban şaxi-gül səbz olsa gülşəndə,Biri, ey bağiban, ol sərvi-xoşcövlan yerin tutmaz.
Nə hasil möhnət artırmaq, nə lazım dərdi-sər çəkmək,Təbib, ol dərdi-bidərman məgər dərman yerin tutmaz.
Könül hərçənd aliqədr olursa, mehrin əladır,Sədəf ğəltan həm olsa, kövhəri-ğəltan yerin tutmaz.
Sənə ərzani Qövsi ağız açmaq, gülmək, açılmaq –Ki, yüz mərhəm mənim zəxmimdə bir peykan yerin tutmaz.