Söz Bulaq loqosu

Qövsi Təbrizi

Dostlar, könlüm diyarın etdi viran iztirab

Qəzəllər
Dostlar, könlüm diyarın etdi viran iztirab,Eylədi övraqi-tərkibim pərişan iztirab.
Hər kimi kim yandırar atəş, yanar ondan betər,Heyləsin gər etməsin ol bərqi-cövlan iztirab.
Qətrə gər dərya üçün bitab olur məzurdur,Bilmənəm neçün qılır dəryayi-ümman iztirab?
Mən deməm kim durgilən axşamatək, ya sübhətək,Belə amma etmə ey sərvi-xuraman iztirab.
Nəqdi-can hər vəqt ola axır sənə təslim olur,Eyləmə qətlimdə çox, ey namüsəlman, iztirab.
Eşq tək getməkdə sübhi-vəsl biaram olur,Seyl tək gəlməkdə eylər şami-hicran iztirab.
Hər biri bir rəngilə Qövsi fəğan kim, qıldılar,Könlümü ab intizarü bağrımı qan iztirab.