Şair
Qazi Bürhanəddin
Janrlar qəzəl, rübai, qəsidə
Qazi Bürhanəddin Əhməd (1345, Kayseri – 1398, Sivas) — şair, alim və dövlət xadimi. Bürhanəddin əvvəllər qazılıq etmiş, daha sonra Ərətna bəyliyinin vəziri olmuş, ən sonda isə paytaxtı Sivas olmaqla özünün bəyliyini formalaşdırmışdır. Onun qurduğu bəylik "Qazı Bürhanəddinin dövləti" adlandırılmaqda idi. Özünün qurduğu bəyliyin müstəqilliyini qorumaq üçün o, Osmanlı, Məmlük, Qaramanoğulları və Ağqoyunlu dövlətlərinə qarşı 18 il mübarizə aparmışdır.
O, müasir Azərbaycan türkcəsinə yaxın türkcədə şeirlər yazmışdır. Bundan başqa onun fars və ərəb dillərində yazılmış şeirləri də olmuş, eyni zamanda İslam şəriəti ilə bağlı araşdırmalar etmişdir. Onun yazmış olduğu divan türk dilində yazılmış ilk divandır. O, ümumiyyətlə müasir Azərbaycan və Türkiyə ədəbiyyatlarının qurucularından biri hesab edilir.
O, xüsusilə Azərbaycan türkcəsində olan şeiriyyatın inkişafında xüsusi rol oynamışdır. Əziz ibn Ərdəşir Astrabadi (və ya digər adı ilə Əbdüləziz Bağdadi) Qazi Bürhanəddinin saray şairi olmuş və "Bəzm və Rəzm" əsərini yazmışdır. O, bu əsərində özünün himayədarı olan Bürhanəddin barədə məlumatlar da vermişdir.
Məşhur əsərləri: Divan
Kataloq
Janrlar və toplular
Kataloq
Şeirlər
- Könlüm dənizi şimdi yenə taşa gərəkdürKönlüm dənizi şimdi yenə taşa gərəkdür,
- Bahar irişdi yenə yer geyindi hüllə bu günBahar irişdi yenə yer geyindi hüllə bu gün.
- Bahar oldı gülə başladı laləBahar oldı gülə başladı lalə,
- Gözünlə xəstə olana şəfa gərəkməzmi?Gözünlə xəstə olana şəfa gərəkməzmi?
- Gəl, gəl, görəlüm, gəl görəlüm, gül görəlüm bizGəl, gəl, görəlüm, gəl görəlüm, gül görəlüm biz,
- Könül bu gecə qıldı yenə yarına meracKönül bu gecə qıldı yenə yarına merac
- Ey şəm, bizi tap dəxi odlaruna yaxmaEy şəm, bizi tap dəxi odlaruna yaxma.
- Ləbi-ləlüni sənün can dedilər gerçəkmi?Ləbi-ləlüni sənün can dedilər gerçəkmi?
- Məşşatə bana müşk ilə bir şanə gətürməzMəşşatə bana müşk ilə bir şanə gətürməz,
- Yanağun alı ilə sən başladun alə, eyləmi?Yanağun alı ilə sən başladun alə, eyləmi?
- RübailərŞad olur isəm, vəslün ilə, qəm olamı,
- TuyuğlarHəmişə aşiq könli biryan bolur,
- Noldı sana gər yol ola divanə könüldənNoldı sana gər yol ola divanə könüldən,
- Saqi, tolu sun neçə-neçə zəhdlə pərviz:Saqi, tolu sun neçə-neçə zəhdlə pərviz,
- Canisin canuma, leykin sən canumun canısınCanisin canuma, leykin sən canumun canısın,